Aqil Abbas: "Finalın Naxçıvanda keçirilməsinə etiraz edənlər futbolu sevmirlər"

Aqil Abbas: "Finalın Naxçıvanda keçirilməsinə etiraz edənlər futbolu sevmirlər"
Futbol, Eksklüziv
05 May 2017 - 11:10

Supersport.Az-ın məlumatına görə, Naxçıvanda keçiriləcək ölkə kubokunun final oyununu millət vəkili Aqil Abbas da canlı izləyəcək.


"Qarabağ"ın fəxri prezidenti, saytımıza açıqlamasında fikirlərini bildirib:

"Bu gün Naxçıvanda futbol bayramıdır. Kubokun final oyununun burada keçirilməsini müsbət qarşılayıram. PFL-in bu qərarını alqışlayıram. Hesab edirəm ki, finalın Naxçıvanda keçirilməsinə etiraz edənlər futbolu sevmirlər. Bu məkan da Azərbaycan üçün müqəddəsdir. 600 kilometr nə məsafədir ki?!


Bu gün hansı komandanın qalib gələcəyindən asılı olmayaraq, futbolumuz qazanacaq. Baxmayaraq ki, "Qarabağ"ın qələbəsini istəyirəm. "Qəbələ" də bizimdir. Final oyununda "Qarabağ"ı güclü hesab edirəm".

Digər xəbərlər