Ağır atletika üzrə idmançılar müəyyən olunub

Ağır atletika üzrə idmançılar müəyyən olunub
İslamiada-2017, Digər, Ağır Atletika
03 May 2017 - 18:45


Supersport.Az xəbər verir ki, 12-22 may tarixlərində Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarında iştirak edəcək ağır atletika üzrə Azərbaycan yığma komandasının heyəti açıqlanıb. Yarışa 8 qadın və 8 kişi atletimiz qatılacaq. Ağır atletika üzrə yarışlar 13-17 may tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək.

Heyətdə yer alan atletlərin adları ilə aşağıda tanış ola bilərsiniz:

Qadınlar: Məhərrəmova Mərziyyə (48 kq), Əzimova Səbinə, Əlizadə Gülçin (hər ikisi 53 kq), İbrahimova Firuzə (58 kq), Abbasova Elnurə (63 kq), İbrahimli Anastasiya, Hüseynzadə Fidan (hər ikisi 69 kq), Məmmədova Xumar (+90 kq).

Kişilər: Alıyev Elmar (56 kq), Abışov Allahyar (62 kq), Bayramov Əfqan (77 kq), Tağızadə Ceyhun, İsmayılov Kamran (hər ikisi 85 kq), Fətullayev Rövşən, Nəbiyev Nailxan (hər ikisi 94 kq), Məmmədli Azər (+105 kq).

Digər xəbərlər