FIVB prezident: "Azərbaycanda voleybolunun daha da inkişaf etməsi üçün əlimizdən gələn köməyi etməyə hazırıq”

FIVB prezident: "Azərbaycanda voleybolunun daha da inkişaf etməsi üçün əlimizdən gələn köməyi etməyə hazırıq”
Digər, Voleybol
02 May 2017 - 18:05
Supersport.Az xəbər verir ki, aprelin 30-da Romada "Sheraton Conferans" Hoteldə FİVB prezidenti Graça Filho, vitse prezident Fabio Azevedo, CEV prezidenti Aleksandar Boriçiç, vitse prezident Özkan Mutlugil AVF I vitse prezidenti Faiq Qarayev, Mixail Frişman,Onat Kurtun iştirakı ilə 3 saatlıq görüş keçirilib. Azərbaycan voleybolunun bugünu görülən işlər və planlarla bağlı geniş iclas olub.

İlk olaraq CEV prezidenti Azərbaycanda voleybol idman növünün hər kəs tərəfindən çox sevildiyini və AVF-nin gördüyü işlərdən söhbət açıb. Ən əsas FİVB prezidentinə Avropa Çempionatının püşk atması ərəfəsində Azərbaycan prezidenti cənab İlham Əliyevlə olan görüşündən danışaraq qeyd edib ki, ən önəmlisi Azərbaycanda voleybola olan sevgi ilk olaraq ölkə başçısından başlayır: "Hər zaman İlham Əliyev idmana, idmançılara böyüj diqqət ayırır və mən deyə bilərəm ki,bu diqqəti mən özümdə şahid oldum. Nəzərinizə çatdırım ki, AVF prezidenti cənab Cavid Qurbanov və Faiq Qarayev Azərbaycanda voleybolun, çimərlik voleybolunun inkişafı üçün böyük işlər görürlər. Azərbaycan hər zaman böyük yarışlara ev sahibliyi etməyə çalışır və bir neçə gündən sonra 4-cü İslam Həmrəylik Oyunları, may ayının sonunda dünya çempionatının təsnifat mərhələsinə və əsası sentyabr ayında Avropa Çempiomatının Final mərhələsinə ev sahibliyi edəcək. Mən CEV prezidenti olaraq bildirmək istəyirəm ki, biz Azərbaycan voleybolunu CEV, Çempionlar Liqasında , Çağırış kubokunda daha aktik görmək istəyirik".

Daha sonra FİVB prezidenti çıxış edib:

"Baxmayaraq ki, biz tez-tez görüşməsəkdə hər zaman sizin gördüyünüz işlərdən xəbərdarıq və AVF -nin gördüyü işlər bizləri sevindirir. Statistiklərin, məşqçilərin,orta məktəb müəllimlərinin seminarları keçirilir. Bu cür seminarları voleybu təbliğ etmək üçün ən gözəl işdir. Aşağı qrupların yaradılması tikilən idman zalları bizi qürurlandırır. Qeyd edim ki, Azərbaycanda voleybol, çimərlik voleybolunun daha da inkişaf etməsi üçün əlimizdən gələn köməkliyi etməyə hazırıq.

AVF I vitse-prezidenti Faiq Qarayevin fikirləri belə olub:

"Sizin Azərbaycan voleybolu ilə bağlı dedikləriniz məni çox sevindirdi. Görülən hər bir işin qiymətləndirilməsi deyə bilərəm ki,bizi daha da böyük işlər görməyə həvəsləndirir. Bildirmək isdərdim ki, AVF hər zaman Suzlərin bizə verdiyiniz dəstəyi görür və hiss edirik.

AVF prezidenti Cavid Qurbanov hər zaman çalışır ki, voleybolumuz Avropa, dünya reytingində ən yüksək pillələrdə olsun. Qarşıda bizi böyük yarışlar gözləyir. Nəzərinizə çatdırım ki, bu yarışların yüksək səviyyədə keçirilməsi üçün böyük işlər aparırıq. Voleybol və çimərlik voleybolunun ölkəmizdə təbliğ olunması üçün böyük layihələrimiz var və artıq onların həyata keçirilməsinə başlamışıq".

Digər xəbərlər