Dubayın məşhur şeyxi Şeyx Səid Əl Məktum İslamiadada iştirak edəcək

Dubayın məşhur şeyxi Şeyx Səid Əl Məktum İslamiadada iştirak edəcək
İslamiada-2017, Digər, Eksklüziv
02 May 2017 - 11:03
Supersport.Az saytının əldə etdiyi məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu Şeyx Səid Əl Məktum Bakıda təşkil ediləcək IV İslam Həmrəylik oyununda iştirak edəcək.

Səid Əl Məktum 1995-ci ildən etibarən peşəkar atıcı kimi fəalliyət göstərir, Olimpiya oyunlarının iştirakçısıdır. Atasının vəfatından sonra onun 16 milyard dollar dəyərində qiymətləndirilən mirası yeganə övlad kimi Səid Əl Məktuma keçib. Səid Əl Məktum Birləşmiş Ərəb Əmirliklərinin ən varlı şeyxlərindən biri, mesenat kimi tanınır. Onun "Əl-Şabab" adlı şəxsi futbol klubu, beynəlxalq dərəcəli at yarışlarında iştirak etmək üçün nəzərdə tutulan qaçış atları kolleksiyası var.

Xatırladaq ki, Şeyx Səid Əl Məktum ötən il Azərbaycanın gimnastçı Zeynəb Cavadlı ilə ailə həyatı qurub.

Süleyman Kərimov

Digər xəbərlər