İlham Əliyevin bacısı oğlundan Supersport.Az-a açıqlama: "Ölkəmiz İslamiadada yüksək nəticə göstərəcək"

İlham Əliyevin bacısı oğlundan Supersport.Az-a açıqlama: "Ölkəmiz İslamiadada yüksək nəticə göstərəcək"
İslamiada-2017, Digər, Eksklüziv, Ağır Atletika
01 May 2017 - 20:41
Supersport.Az-a açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev İslam Həmrəyliyi Oyunları haqda fikirlərini bildirib.



Qurum rəsmisi, ölkəmizin yarışda yüksək nəticə göstərəcəyini, ağır atletlərdən də uğur gözlədiyini deyib:

"Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb. İslam Həmrəyliyi Oyunları da yüksək səviyyədə təşkil olunub. İnanıram ki, ölkəmiz bu dəfə də uğurlu çıxışla yadda qalacaq. İlk "üçlük"də yer ala bilərik. Ağırlıqqaldıranlarımızdan da belə nəticə gözləyirəm. Azərbaycanın güclü rəqibləri sırasında Qazaxıstan, Türkiyə və İran var. Hesab edirəm ki, yüksək səviyyədə hazırladığımız bu yarış ölkəmizin başqa beynəlxalq turnirləri əldə etməsinə səbəb olacaq".

Qeyd edək ki, Azər Əliyev Azərbaycan prezidenti İlham Əliyevin bacısı Sevil Əliyevanın oğludur.

Süleyman Kərimov

Digər xəbərlər