Bu idman növündə başörtüyü qadağası ləğv olundu

Bu idman növündə başörtüyü qadağası ləğv olundu
Boks
27 Aprel 2017 - 21:37
Supersport.Az-ın məlumatına görə, AİBA Türkiyə qurumunun müraciətinə müsbət cavab verib.

Beynəlxalq Həvəskar Boks Assosiasiyası bu ölkə üçün boksda başörtüyü qadağasını ləğv edib.

Bu haqda məlumat verən AİBA-nın İdarə Heyətinin üzvü və TBF-nin prezidenti Eyüp Gözgeç, Türkiyədə idmançılarla bağlı bu məsələdə məhdudiyyət olmayacağını bildirib. Daha əvvəl boksçular döyüş zamanı hicabdan istifadə edə bilirdi. Ancaq görüşdən sonra baş qoruyucularını və başörtüklərini çıxarmaq məcburiyyətində qalırdılar.

Eyüp Gözgeç, bütün beynəlxalq yarışlarda da başörtüyü qadağasının ləğv olunması üçün çalışdıqlarını söyləyib.

"ABŞ-ın Minnesota ştatında başıörtülü idmançılar üçün qərar verilib. AİBA-ya çox sayda müsəlman ölkələri üzvdür. Bu dövlətlərdə də idmançılar böyük çətinlik çəkirlər. Beynəlxalq qurumun bu qərarı təkcə Türkiyə üçün deyil, bütün ölkələrə örnək olmalıdır. AİBA-nın İdarə Heyətinin üzvü olaraq bu sərbəstliyin sadəcə bizim yox, bütün dövlətlərə şamil olunması üçün çalışacağam. Bütün qadağalar ləğv olunmalıdır. Türkiyə son 15 ildə bu məsələdə çox böyük məsafə qət edib. Bunun beynəlxalq arenada olması bizlər üçün çox mühümdür.

Türkiyədə döyüşlərin sonunda başörtüyü çıxarmaq artıq idmançıların seçimindən asılı olacaq. Ölkəmizdə buna görə boksçular rahat olsunlar. Onlar döyüşdən əvvəl və sonra başörtüklərini çıxarmayacaqlar".

 

Digər xəbərlər