236 milyon avroluq derbi

236 milyon avroluq derbi
Futbol
23 Aprel 2017 - 12:16
Supersport.Az-ın məlumatına görə, Türkiyə Superliqasının 28-ci turunda "Qalatasaray" - "Fənərbağça" oyunu keçiriləcək.

Oyun Bakı vaxtıilə saat 21:00-da başlayacaq. 

Hər iki komandanın dəyəri 236 milyon avrodur.

Almaniyanın "Transfermarkt" internet saytının məlumatına əsasən, "Türk Telekom Arena"dakı derbi matça ev sahibliyi edəcək "Qalatasaray"ın futbolçularının qiyməti 100 milyon, qonaq komanda "Fənərbağça"nınkı  isə 136 milyon avrodur.

Meydan sahiblərinin uruqvaylı qolkiperi Fernando Muslera ən bahalı futbolçudur: 14 milyon.

"Fənərbağça"nın "Sanderlend"dən icarəyə götürdüyü niderlandlı Jeremen Lens, 12 milyon avroluq dəyərlə bu baxımdan ikinci oyunçudur.

Ən bahalı yerli futbolçu Mehmet Topaldır: 8,5 milyon.

"Qalatasaray"ın futboçularının qiyməti:











































































































FutbolçuQiyməti (milyon avro)
Muslera14
Sneyder9
Bruma8
Podolski6
Ərən Dərdiyok5,5
Ahmet Çalık5
Sərdar Aziz4,5
Səmih Kaya4,5
Josue4,5
Yasin Öztekin4,5
Selçuk İnan4
Şecu4
Rodriges3,5
Karole3,5
Tolga Ciğerci3,5
Sinan Gümüş3,2
De Yonq3
Kavanda2
Koray Günter1,6
Sabri Sarıoğlu1,5
Linnes1,5
Hakan Balta1
Cenk Gönen1
Eray İşcan0,5
Berk Ünsal0,4

"Fənərbağça"nın futbolçularının dəyəri:











































































































FutbolçuQiyməti (milyon avro)
Lens12
Kyaer11,5
Sou11
De Souza9
Mehmet Topal8,5
Ozan Tufan7
Alper Potuk7
Volkan Şen6,5
Fernandao6
Hasan Ali Kaldırım6
Skrtel5,5
Neustaedter5
Şener Özbayraklı5
Van Persi5
Emenike5
Stox4,5
İsmail Köybaşı4,25
Van der Vil4
Şaeşue3
Karavayev2,5
Salih Uçan2,5
Fabiano2,25
Volkan Demirel2,25
Ertuğrul Taşkıran0,7
Uygar Zeybek0,6

Digər xəbərlər