Dünya çempionu Elxan Məmmədov Avropanı yıxdı - Fotosessiya

Dünya çempionu Elxan Məmmədov Avropanı yıxdı - Fotosessiya
Digər, Cüdo
22 Aprel 2017 - 23:07
Supersport.Az-ın məlumatına görə, Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatında fərdi yarışların sonuncu günü Azərbaycan millisi aktivinə daha bir qızıl medal yazdırıb.

100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elxan Məmmədov bütün rəqiblərinə qalib gələrək Avropa çempionluğu sevincini yaşayıb. Azərbaycan cüdoçusu finalda Fransa təmsilçisi Mareti ipponla məğlub edərək qitə çempionatının qızıl medalına sahib olub. Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov cüdoçumuzu tarixi qələbə münasibətilə təbrik edib.

Digər cüdoçularımız – Məmmədəli Mehdiyev (90 kq) və Elmar Qasımov (100 kq) isə 5-ci olub.

Bununla da, Azərbaycan milli komandası 2 qızıl, 3 bürünc medal qazanaraq Avropa çempionatını kişilər arasında fərdi yarışlarda ikinci yerdə tamamlayıb.

Qeyd edək ki, sabah Azərbaycan yığması komanda yarışlarında mübarizə aparacaq. Komanda yarışlarında Vüqar Şirinli (66 kq) və Tural Səfquliyev (90 kq) də digər cüdoçularımızla birgə yarışacaq.

Digər xəbərlər