Güləşçilərimiz son yarış gününü 6 qızıl, 6 gümüş və 4 bürünc medal qazanıb

Güləşçilərimiz son yarış gününü 6 qızıl, 6 gümüş və 4 bürünc medal qazanıb
Digər, Güləş
17 Aprel 2017 - 00:22
Supersport.Az xəbər verir ki, Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir başa çatıb.

Turnirdə Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qırğızıstan Qazaxstan və Belarus pəhləvanları mübarizə aparıb.

Son yarış günündə sərbəst güləş üzrə gənclər arasında 87 pəhləvan yarışıb. Güləşçilərimiz son yarış gününü 6 qızıl, 6 gümüş və 4 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Şahin Muxtarov (50 kq), Əfqan Xaşalov (55 kq), Əli Rəhimzadə (60 kq), Mahal Novruzov (66 kq), Alimaqomed Alixmayev (96 kq) və Umar İsrailov (120 kq) qazandırıb.

Komanda hesabında Azərbaycan birinci, Gürcüstan ikinci, Özbəkistan komandası isə üçüncü yeri tutub.

Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunub.

Digər xəbərlər