Aprelin 10-dan 16-dək Ukraynada həndbol üzrə beynəlxalq turnir keçiriləcək.
Supersport.Az xəbər verir ki, yarışda həndbol üzrə kişilərdən ibarət Azərbaycan yığma komandası iştirak edəcək.
Baş məşqçi Hikmət Abdullayev və köməkçi məşqçi Rəşad Hüseynovun rəhbərliyi ilə komandamız aprelin 9-da Ukraynanın Zaparoje şəhərinə yollanıb.