Futzal üzrə Azərbaycan yığması Albaniyanı darmadağın edib

Futzal üzrə Azərbaycan yığması Albaniyanı darmadağın edib
Futzal, Digər
09 Aprel 2017 - 23:45
Futzal üzrə Avropa çempionatının Bakıda keçirilən əsas seçmə mərhələsinin B qrupunda bu gün 2-ci turun qarşılaşmaları oynanılıb.

Supersport.Az-ın məlumatına görə, Azərbaycan milli komandası Albaniya yığması ilə üz-üzə gəlib. Matç millimizin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qalibiyyətlə yığmamız qrup lideri olub.

Turun digər oyununda Bosniya və Herseqovina Macarıstanla heç-heçə edib - 2:2.

Qeyd edək ki, Biro Jadenin baş məşqçi olduğu komanda ilk turda Bosniya və Herseqovinanı 5:4 hesabı ilə yenib. Albaniya isə Macarıstana uduzub - 3:4.

Avropa çempionatı, əsas seçmə mərhələ
B qrupu

16:00. Bosniya və Herseqovina - Macarıstan - 2:2

18:30. Azərbaycan - Albaniya - 5:0
Qollar:
Everton Kardozo, 02:02, Eduardo, 25:24, Vasura, 27:01, Namiq Məmmədkərimov, 34:21, Xətai Bağırov, 35:41
Hakimlər: Kostas Nikolau (Kipr), Timo Onatsu (Finlandiya), Borislav Kolev (Bolqarıstan), Ramil Namazov (Azərbaycan)


 





















































YerKomandaOQHMT/FX
1Azərbaycan220010:46
2Macarıstan21106:54
3Bosniya və Hrs.20116:71
4Albaniya20023:90

Digər xəbərlər