İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti: "Azərbaycan böyük təcrübəyə malikdir"

İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti: "Azərbaycan böyük təcrübəyə malikdir"
İslamiada-2017, Digər
06 Aprel 2017 - 15:00
İslam Həmrəyliyi İdman Federasiyasının (İSSF) İcraiyyə Komitəsinin Bakıdakı toplantısından sonra mətbuat konfransında Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının (İSSF) prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud iclasın məhsuldar keçdiyini bildirib.
O, mayın 12-22-də Azərbaycan paytaxtında təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarına hazırlığın yüksək səviyyədə getdiyini və Bakının bu sahədə böyük təcrübəsinin olduğunu qeyd edib.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov iki gündür Bakıda mühüm tədbirlərin həyata keçirildiyini və V İslam Həmrəyliyi Oyunlarının Türkiyənin İstanbul şəhərində təşkilinə dair qərarın sevindirici olduğunu vurğulayıb.

Bakıdakı İslamiadaya hazırlıqla bağlı məsələlərin qaydasında getdiyini deyən nazir, Azərbaycanın bayraqdarının hələ müəyyənləşmədiyini və namizədlər arasından ən layiqlisinin seçiləcəyini söyləyib.

Digər xəbərlər