Taekvondoçularımız Avropada döyüşəcək

Taekvondoçularımız Avropada döyüşəcək
Digər, Taekvondo
04 Aprel 2017 - 00:33
Supersport.Az-ın məlumatına görə, taekvondo üzrə komandamız Avropaya növbəti səfərini edib.

Bu dəfə Bolqarıstanın paytaxtı Sofiya şəhərinə yollanan yığmamızın məqsədi, 21 yaşlı taekvondoçular arasında qitə birinciliyində ölkəmizi təmsil etməkdir.

Komanda, əməkdar məşqçi Elnur Amanovun rəhbərliyi ilə Avropa yarışına 7 idmançı ilə qatılacaq. Belə ki, -58 kq çəki dərəcəsində Fizam Mehtiyev, Məmmədalı Quliyev (-63 kq), Əliəsgər Əliyev (-68 kq), Səid Quliyev (-74 kq), Paniz Esmaeilpour (-46 kq), Gülhanım Yeşildal (-53 kq) və Daria Şkurko (-67 kq) Bolqarıstana gedəcək heyətdə yer alıb.

6 apreldə başlanacaq yarış üç gün davam edəcək. Qitə turnirində beynəlxalq dərəcəli hakim Elşad Məmmədov ölkəmizi hakim qismində təmsil edəcək.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərovun rəhbərliyi ilə Sofiya şəhərinə yollanan idmançılarımız 10 apreldə vətənə dönəcəklər.

Digər xəbərlər