Qvami Məhəbbətoğlunun “Bu mənim alın yazımdır” kitabının təqdimat mərasimi keçirilib

Qvami Məhəbbətoğlunun “Bu mənim alın yazımdır” kitabının təqdimat mərasimi keçirilib
Futbol
30 Mart 2017 - 19:50
Martın 30-da AFFA-nın inzibati binasında Azərbaycan futbol hakimliyinin istedadlı nümayəndələrindən biri, ümumittifaq dərəcəli hakim, futbol veteranı Rüstəm Rəhimovun karyerasından bəhs edən “Bu, mənim alın yazımdır” kitabının təqdimatı keçirilib.

Supersport.Az xəbər verir ki, Azərbaycan və rus dillərində nəşr olunan kitabın müəllifi Qvami Məhəbbətoğludur.

Təqdimat mərasimində R.Rəhimov ilə eyni vaxtda fəaliyyət göstərən, eləcə də “Neftçi” klubunun 80 illik yubileyi ilə əlaqədar ölkəmizdə səfərdə olan futbol veteranları, Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri, incəsənət xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər R.Rəhimov ilə bağlı xatirələrini bölüşüb, onun uğurlu idman karyerasından danışıblar.

R.Rəhimov tədbir iştirakçılarına minnətdarlığını bildirərək Azərbaycan futbolunun inkişafı istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəyini vurğulayıb.

Digər xəbərlər