Messi hakimi təhqir edib? - Video

Messi hakimi təhqir edib? - Video
Futbol, Video
28 Mart 2017 - 16:20
Argentina yığmasının hücumçusu Lionel Messi FİFA tərəfindən oyundan kənarlaşdırıla bilər.

Supersport.Az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Daha öncə Messinin Dünya çempionatının seçmə turunda Argentina və Çili yığmaları arasında matçda (1:0) hakimlərdən birini təhqir etdiyi barədə məlumat yayılmışdı. FİFA-dan həmçinin bildirilib ki, hadisədən sonra Argentina Futbol Assosiasiyasına (AFA) hadisəni araşdırmaq üçün müraciət edildiyi deyilib.

AFA bildirib ki, bu iddia üçün əsas görmürlər. O zaman FİFA bu oyunda hakimlik edən Braziliya hakimlər briqadasına müraciət edib. Onların hamısı Messidən təhqiramiz sözlər eşitdiklərini söyləyiblər.

Digər xəbərlər