"Telekom"un direktoru: "Bu uğur qələbələrin davamıdır"

"Telekom"un direktoru: "Bu uğur qələbələrin davamıdır"
Digər, Eksklüziv, Voleybol
28 Mart 2017 - 11:40
Supersport.Az-ın məlumatına görə paytaxtın "Telekom" komandası tarixində birinci dəfə Azərbaycan çempionu olmağı bacarıb.

Mükafatlandırma mərasimindən sonra "Telekom" klubunun direktoru Şahlar Məmmədov saytımıza açıqlama verib.

"Bu uğur 10 il ərzində əldə etdiyimiz qələbələrin davamıdır. Çox sevinirik ki, yenidən çempion olmağı bacardıq və titulumuzu geri qaytardıq. Bu bizim ilk çempionluğumuzdur. Bizə dəstək olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə dərin təşəkkür edirəm. Maddi və mənəvi cəhətdən çox köməklik ediblər. Biz də istəyirik ki, gələcəkdə yeni transferlər edib titulumuzu qoruyub saxlayaq".

Digər xəbərlər