Rəsul Çunayev: "Boksdan danışmasam, yumruq dəyəcək" - Video

Rəsul Çunayev: "Boksdan danışmasam, yumruq dəyəcək" - Video
İslamiada-2017, Eksklüziv, Video
24 Mart 2017 - 00:24
Supersport.Az İslamiadanın startına 50 gün qalmasıyla bağlı keçirilən tədbirdə açıqlama verən tanınmış idmançılarımızın fikirlərini videogörüntüyə alıb.

Dünya çempionu, idmançı səfir Rəsul Çunayev yalnız qızıl medal üçün mübarizə aparacaqlarını bildirib. Tanınmış pəhləvan çıxışı zamanı zarafatından da qalmayıb. Rəsul Çunayev, üzünü olimpiadanın bürünc mükafatçısı Kamran Şahsuvarlıya tutaraq "boksdan başlamasam, yumruq gələcək" deyib.

K.Şahsuvarlı isə olimpiadanı unutduğunu, İslamiadada uğur qazanmağı düşündüyünü bildirib.

Digər xəbərlər