Azərbaycan - Almaniya oyunu ərəfəsində yürüş keçiriləcək

Azərbaycan - Almaniya oyunu ərəfəsində yürüş keçiriləcək
Futbol
22 Mart 2017 - 18:40
Supersport.Az-ın məlumatına görə, bütün fanklublar milli komanda naminə birləşməyə qərar verib.

Martın 26-da dünya çempionatının seçmə mərhələsində saat 20-da başlayacaq Azərbaycan - Almaniya oyunu ərəfəsində azarkeşlər yürüş də keçirəcək. Həmin gün fanatlar saat 15:00-da Dənizkənarı Milli Parkda milli komandaya dəstək nümayiş etdirəcək. Bundan sonra azarkeşlər qarşılaşmanın keçiriləcəyi Respublika stadionuna yollanacaq.

 

Digər xəbərlər