Arda Turan: "Fitə basılmağımı unuda bilmirəm"

Arda Turan: "Fitə basılmağımı unuda bilmirəm"
Futbol
22 Mart 2017 - 16:37
Supersport.Az-ın məlumatına görə, "Barselona"da çıxış edən Türkiyə milli komandasının aparıcı futbolçusu Arda Turan tənqidlərə cavab verib.

Populyarlğının normal olmasına diqqət çəkən ulduz oyunçu, yetərincə hörmət edilməməsindən şikayətlənib:

"İnsanlar daim, "hər yerdə Arda var" deyir. Təbii ki, hər yerdə mən olacağam. Mən burdan ayrılanda "Barselona", "Atletiko Madrid"ə neçə futbolçumuz gələcəyini görəcəyik. Haqq etdiyim sayğını görmək istəyirəm. Milli komandada 18 oyun məğlub olmamışdım. Xorvatiya və İspaniyaya uduzanda mübarizəni dayandırmadan fitə basıldım. Bunu hələ də xatırlayıram. Bu, günah deyiilmi?" (Fanatik)

Digər xəbərlər