Güləşdə dəyişiklik

Güləşdə dəyişiklik
Digər, Güləş
21 Mart 2017 - 19:28
Güləş idman növünün daha da populyarlaşması və güləş marağın artırılması məqsədilə Dünya Güləş Birliyi güləş qaydalarında mütəmadi olaraq dəyişikliklər edir.

Supersport.Az xəbər verir ki, mart ayının 20-dən etibarən bir sıra yeni dəyişikliklər qüvvəyə minib.

Həm sərbəst, həm də yunan-Roma güləşi üzrə bütün yaş qruplarına aid olan qayda dəyişiklikləri

- Sərbəst güləşdə bütün qayda pozuntuları (xalçadan kənara qaçma, rəqiblə təmasdan qaçma, qaydalar zidd hərəkətlər)  xəbərdarlıq və rəqibə 2 xal verilməsi ilə nəticələnəcək. (Yunan-Roma güləşində olduğu kimi)

- Sərbəst güləşdə ayaq üstə edilən və təhlükəli vəziyyətlə yekunlaşmayan bütün atmalar 2 xalla qiymətləndiriləcək. (Yunan-Roma güləşində olduğu kimi)

- Sərbəst güləşdə tətbiq edilən yüksək amplituda ilə icra edilən fənd təhlükəli vəziyyətlə yekunlaşarsa 5 xal, təhlükəli vəziyyət qeydə alınmazsa 4 xalla qiymətləndiriləcək. (Yunan-Roma güləşində olduğu kimi)

- Sərbəst güləşdə 30 saniyə aktivlik vaxtı sonunda güləşçilərdən hər hansı biri xal almazsa passiv olan güləşçinin rəqibinə görüş dayandırılmadan 1 xal veriləcək, aktivlik vaxtı tətbiq olunan güləşçiyə xəbərdarlıq verilməyəcək.

- Görüş zamanı xalça hakimi və yan hakim səhv qərar verərsə, xalça rəhbəri qərarı müzakirə edərkən onlarla birgə video-təkrara baxa biləcək.

- Qanayan zədələnmələr zamanı həkimə müraciət üçün 4 dəqiqə vaxt ayrılacaq. Digər zədələnmələrdə əvvəlki qayda tətbiq ediləcək.

- Yunan-Roma güləşində passivliyə görə tətbiq edilən parter qaydası ləğv edilmişdi. Bu qaydada hər hansı dəyişiklik edilməyib.

QEYD: 8-9 aprel tarixlərində Bolqarıstanda təşkil olunacaq Dan Kolov-Nikola Petrov beynəlxalq turnirində passivliyə görə məcburi parter tətbiq edilməsi qaydası bir daha sınaqdan keçiriləcək və yekun qərar ondan sonra veriləcək.

28 mart - 2 aprel tarixlərində Macarıstanda baş tutacaq U-23 Avropa çempionatı isə partersiz sistem ilə keçiriləcək.

Digər xəbərlər