Yunan-Roma güləşçilərimiz Dünya ikincisi oldu

Yunan-Roma güləşçilərimiz Dünya ikincisi oldu
Digər, Güləş
17 Mart 2017 - 19:48
İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları başa çatıb.

Supersport.Az xəbər verir ki, yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparıb.

Qrupda keçirilən görüşlərdə güləşçilərimiz ardıcıl olaraq Türkiyə, Belarus və Ukrayna yığmaları üzərində 5:3 hesablı qələbə qazanıb və qrup birincisi kimi finala yüksəlib.

Finalda güləşçilərimiz digər yarımqrupun birincisi Rusiya yığma komandası ilə qarşılaşıb. Gərgin keçən görüş 5:3 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb. Yığmamız Dünya Kubokunun gümüş medallarına yiyələnib.

Xatırladaq ki, 2015-ci ildə keçirilən analoji yarışda komandamız Dünya Kubokunun sahibi olub.

Digər xəbərlər