Yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışlarının püşkatma mərasimi olub - Video

Yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışlarının püşkatma mərasimi olub - Video
Digər, Güləş, Video
09 Mart 2017 - 18:25
16-17 mart 2017-ci il tarixdə İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışları keçiriləcək. Supersport.Az xəbər verir ki, bu gün Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçin iştirakı ilə yarışın püşkatma mərasimi keçirilib.

Yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparacaq. Rusiya, Qazaxstan, İran və Almaniya komandaları isə A yarımqrupunda yarışacaq.

Martın 16-da yarımqrup görüşləri, 17 martda isə final görüşləri keçiriləcək.

Məlumat üçün bildirək ki, 2015-ci ildə keçirilən analoji yarışda yunan-güləşçilərimiz Dünya Kubokunun sahibi olub.


 

 

 

 

 

 

 

 

 

Digər xəbərlər