Supersport.Az-ın məlumatına görə, dopinq qəbul etdiyi təsdiqlənən rusiyalı boksçu Aleksandr Povetkin idmandan ömürlük kənarlaşdırılıb. Əlcək sahibi 250 min dollar məbləğində cərimə də oluhub. Dünya Boks Şurası (WBC) belə qərar verib.
Son olaraq haitili boksçu Bermane Stiverne ilə ötən ilin dekabrında döyüşə çıxması planlaşdırılan Povetkin, dopinqdən istifadə etdiyi üçün qarşılaşma təxirə salınmışdı. Meldonium qəbul edən rus idmançının, ötən ilin martında amerikalı Deontay Vilderlə WBC versiyasında ad görüşü də baş tutmamışdı.