Arda oynamadı, Messi 38-ci qolunu vurdu

Arda oynamadı, Messi 38-ci qolunu vurdu
Futbol
05 Mart 2017 - 08:17
Supersport.Az-ın məlumatına görə, İspaniya La Liqasının 26-cı turunda "Barselona" "Selta"nı darmadağın edib. Lider rəqibinin qapısına 5 cavabsız qol vurub. Lionel Messi (24, 63), Neymar (40), İvan Rakitiç (57) və Samuel Umtiti (60) fərqlənib.

"Barselona" 60 xalla birincidir. "Real Madrid" bir oyun az keçirib, 59 xalla ikincidir.

Zədə səbəbindən 1 aylıq fasilədən sonra heyətə daxil edilən Arda Turanı baş məşqçi Luis Enrike ehtiyatda saxlayıb.

Qeyd edək ki, Lionel Messi bu mövsüm 23 qola imza ataraq ikinci sıradakı Luis Suaresi (19 qol) xeyli geridə qoyub. Çempionatda son 12 oyunun 11-də fərqlənən argentinalı futbolçu, bu mövsüm 37 matçda 38 qol vurub.

Digər xəbərlər