“Qəbələ”də yeni baş məşqçi

“Qəbələ”də yeni baş məşqçi
Digər, Cüdo
28 Fevral 2017 - 11:16
“Qəbələ” idman klubunun cüdo bölməsinin baş məşqçisi Ramil İsmayılov yeni təyinat alıb.

Supersport.Az xəbər verir ki, mütəxəssis gənclərdən ibarət Azərbaycan milli komandasında da fəaliyyət göstərəcək. Belə ki, yığmanın məşqçilər heyətində dəyişiklik gerçəkləşib. Elçin İsmayılov komandanın yeni baş məşqçisi təyin olunub. “Qəbələ”nin baş məşqçisi olan Ramil İsmayılov, həmçinin Rəşad Həsənov və İlham Məmmədov isə yığmada köməkçi məşqçi vəzifəsini icra edəcəklər.

Təyinatdan sonra məşqçilər gənclərdən ibarət milli komandamızın üzvlərinə təqdim olunublar.

Digər xəbərlər