Firdovsi Umudov: "ABŞ-la görüşdə İran azarkeşləri nədənsə rəqibi dəstəkləyirdi"

Firdovsi Umudov: "ABŞ-la görüşdə İran azarkeşləri nədənsə rəqibi dəstəkləyirdi"
Digər, Güləş
25 Fevral 2017 - 00:47
"Dünya Kubokunayaxşı hazırlaşmışdıq. Komandada daim qələbə ruhu var. Təbii, hər zamankı kimi, bu dəfə də İrana iddialı yollanmışdıq. Bizə Kirmanşahda çətin olacağını bilirdik. Heyətdə xeyli gəncin olmasına baxmayaraq, sonda fərqlənməyi bacaqdıq".

Supersport.Az-ın məlumatına görə, Dünya kubokunda 3-cü yer tutan sərbəst güləş millimizin baş məşqçisi Firdovsi Umudov belə deyib.

Mütxəssisin hesab edir ki, qrupda ABŞ-la son görüşdə onları sıxıblar:

"Dünya Kuboku zamanı təşkilatçılar ilk görüşdə bayrağımızı səhv çıxarmışdılar. Biz bunu görəndən sonra öz etirazımızı bildirdik. Səhv aradan qaldırılmasa, növbəti görüşə çıxmayacağımızı onlara çatdırdıq. Təşkilatçılar onlarda bayrağımızın olmadığını bildirdilər. Hər bir ehtimalı nəzərə alaraq özümüzlə apardığımız şanlı Azərbaycan bayrağımızı yarış zalına gətirdik və təşkilatçılara təqdim etdik. Bayrağımız dəyişdiriləndən sonra görüşlərə çıxdıq.

Qrup mərhələsinin ilk 2 qarşılaşmada müvafiq olaraq Rusiya və Gürcüstan komandalarına qalib gəldik. Məqsədimiz ABŞ pəhləvanlarını da məğlub edib finala yüksəkmək idi. Amma hakim qərəzi buna imkan vermədi. Həlledici görüşdə 5:2 irəlidə olmağımıza rəğmən, yersiz xəbərdarlıqlar bizi finaldan etdi. Yerli azarkeşlər də nədənsə rəqibin tərəfindəydi, zalda daim onları qələbəyə səsləyirdilər. Komandamızı bəzi hallarda İran azərbaycanlıları dəstəkləyirdi. Bütün haqsızlıqlara baxmayaraq, Dünya Kubokunda bürünc medal qazandıq".

O, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında da yüksək nailiyyətlər qazanmaq üçün əllərindən gələni edəcəklərini vurğulayıb.

Milli komandamızın üzvü Hacı Əliyev Dünya Kubokunda yığmamıza qarşı ədalətsizlik olmasına baxmayaraq, idmançılarımızın əzmkar mübarizə apardıqlarını bildirib:

"Biz Dünya Kubokunu gətirmək üçün getmişdik. Hakimlər idmançılarımıza qarşı haqsızlıq etdilər. Ancaq yenə də əzmkar mübarizə apardıq və üçüncü nəticə göstərdik. Sevinirəm ki, Dünya Kubokundan əliboş qayıtmadıq. Gələn il daha yaxşı nəticə göstərməyə çalışacağıq. Qarşıdan ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları gəlir. Bu Oyunlarda da maksimum gücümüzlə medallar qazanmağa səy göstərəcəyik".

 

 

Digər xəbərlər