Azərbaycan çempionatının açılış mərasimi olacaq

Azərbaycan çempionatının açılış mərasimi olacaq
Futbol
21 Fevral 2017 - 19:20
AFFA, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi, Tələbə Futbol Federasiyasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin və kolleclərin tələbələri arasında Azərbaycan çempionatının açılış mərasimi fevralın 22-də, saat 14:00-da Bayıl Arenada keçiriləcək.

İlk oyunda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının və Azərbaycan Tibb Universitetinin komandaları qarşılaşacaq.

Xatırladaq ki, yarışda 29 komanda mübarizə aparacaq. Qərb regionunun oyunları Gəncədə, Cənub zonasının oyunları isə Şirvan şəhərində təşkil olunacaq. Regionlarda qalib olan komandalar Bakıda təşkil olunacaq yarışa vəsiqə qazanacaqlar. Hər birində 5 komandanın mübarizə aparacağı qrupda ilk 3 yeri tutan kollektivlər yarışın “pley-of” mərhələsinə vəsiqə əldə edəcəklər. Turnirin oyunları Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasının, Milli Aviasiya Akademiyasının, Olimpiya İdman Növləri üzrə Milli Yığma Komandaların Təlim-Məşq Mərkəzinin meydançasında və Binə stadionunda keçiriləcək.

Digər xəbərlər