"Qəbələ" yenidən birinci pillədə

"Qəbələ" yenidən birinci pillədə
Futbol
19 Fevral 2017 - 19:21
Supersport.Az-ın məlumatına görə, bu gün Premyer Liqada 19-cu tur başa çatıb.

Son oyun günündə iki görüş keçirilib. Turun mərkəzi qarşılaşması Qəbələdə çempionluğa real namizəd "Qəbələ" və "Qarabağ" arasında baş tutub. Gərgin keçən matçda "Qəbələ" inamlı qələbə qazanıb.

Bundan əvvəl "Sumqayıt" AZAL-a qalib gəlib.

Turun ilk günü "İnter" öz meydanında "Zirə"ni qəbul edib. Matçda qalib müəyyənləşməyib.

Günün ikinci oyununda isə "Kəpəz" əzəli rəqiblərindən olan "Neftçi"nin qonağı olub. Matç qolsuz bərabərliklə başa çatıb.

19 fevral (bazar)

15:30.“Sumqayıt” - AZAL - 1:0


Qol: Yusif Nəbiyev, 13

Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Cəmil Quliyev, Elvin Əsgərov
"Kapita Bank Arena"

17:30.“Qəbələ” – “Qarabağ” 2-0


Qollar: Sergey Zenyov, 29, Filip Ozobiç, 69

Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev
Qəbələ şəhər stadionu

18 fevral (şənbə)

15:30.“İnter” – “Zirə” 1-1


Qollar: Denis Silva, 40-avtoqol, Rauf Əliyev, 47 (1:1)


Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Akif Əmirəli, Ziya Nəsirov
"İnter Arena"

18:00.“Neftçi” – “Kəpəz” 0-0


Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Rahil Ramazanov, Əliyar Ağayev
8-ci kilometr qəsəbə stadionu





































































































NKlublarOQHMT-FX
1Qəbələ19126138-1042
2Qarabağ19133332-1042
3İnter1989230-1933
4Sumqayıt1967620-2325
5Zirə1965817-2123
6Neftçi19521214-3317
7Kəpəz1937912-2216
8AZAL1915138-338


 
Filip Ozobiç ("Qəbələ") - 11 qol  

Digər xəbərlər