"Telekom" rəqib tanımır

"Telekom" rəqib tanımır
Digər, Voleybol
14 Fevral 2017 - 19:55
Fevralın 14-də qadın voleybolçular arasında Azərbaycan Super Liqası yarışları çərçivəsində növbəti oyunlar keçirilib.

Supersport.Az saytının məlumatına görə, günün mərkəzi matçı “Azəryol”la “Azərreyl” arasında olub. Matçın gərgin keçəcəyi gözlənilsə də, “dəmiryolçular” asan qələbəyə seviniblər. “Telekom” – “Lokomotiv” görüşündə isə “rabitəçilər” gözlənilən rahat qələbəni əldə ediblər. Zoran Qayiçin yetirmələri rəqiblərinin ciddi müqaviməti ilə üzləşməyiblər. “Quru hesabla” qalib gələn “Telekom” çempionluq yolunda daha bir önəmli addım atıb.

 

14 fevral

 

“Telekom” – “Lokomotiv” - 3:0 (25:15, 25:10, 25:19)

“Gənclik” Olimpiya Kompleksi

 

I dövrə: “Telekom” – “Lokomotiv” - 3:0 (25:15; 25:11; 25:19)
II dövrə: “Lokomotiv” - “Telekom” - 1:3 (25:23, 19:25, 20:25, 13:25)

 

“Azəryol” – “Azərreyl” - 0:3 (19:25, 13:25, 21:25)

“Azərreyl” Voleybol Mərkəzi

 

I dövrə: “Azəryol” - “Azərreyl” - 2:3 (14:25; 25:19; 10:25; 28:26; 16:18)
II dövrə: “Azərreyl” - “Azəryol” - 3:0 (25:22, 29:27, 25:20)

 

 

















































 Telekom



11



11



0



33-11



1030-801



29



Azərreyl



10



7



3



27-11



863-692



23



Azəryol



11



5



6



21-18



852-772



16



Lokomotiv



10



2



8



7-25



536-753



6



Gürcüstan



8



0



8



1-24



357-620



0



 

 

 

 

 

 

 

Digər xəbərlər