"Neftçi" komanda hesabında 1-ci oldu

"Neftçi" komanda hesabında 1-ci oldu
Kikboks, Digər
14 Fevral 2017 - 22:12
Fevralın 11-də Buzovna qəsəbəsində start götürən Xocalı soyqırımı şəhidlərinin xatirəsinə həsr olunmuş kikboksinq üzrə respublika turniri başa çatıb. Supersport.Az xəbər verirb ki, yeniyetmələr arasında keçirilən yarışda 15 komandanın heyətində 170-ə yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb.
"Neftçi"  kikboksçuları turnirin 12 medalını (7 qızıl, 2 gümüş, 3 bürünc) qazanaraq komanda hesabında birinci yeri tutublar. Təmsilçilərimizdən İmran Bağırov (31 kq), Əlihüseyn Əliyev (33 kq), Bəylər Həmidov (42 kq), Əli Qasımov (45 kq), Hüseyn Tarıverdiyev (51 kq), Məhəmməd Əliyev (54 kq) və Aslan Mikayılzadə (57 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq qızıl medala sahib olublar. Qalib Hüseynli (36 kq), Mirvasif Əliyev (+45 kq) 2-ci, Vaqif Ələkbərov (33 kq), Əliheydər Quliyev (28 kq) və Əlixan İbrahimov (26,5 kq) isə 3-cü yerə çıxıblar.

Digər xəbərlər