Fevralın 16-19-da Bakıda həndbol üzrə respublika çempionatı keçiriləcək.
Supersport.Az xəbər verir ki, çempionat “ABU Arena”da təşkil olunacaq.
Yarışlarda 4 kişi (“RİOEUGİM”, “Təhsil”, “Məhsul”, “Nəsimi”) və dörd qadın (“Azəryol”, “Nur”, “Gənclər Birliyi”, “Qarabağ”) komandası qələbə uğrunda mübarizə aparacaq.
Çempionatın açılış mərasimi fevralın 16-da saat 13:30-da baş tutacaq.