Qadın və kişi həndbolçular arasında Azərbaycan çempionatlarının başlama tarixində dəyişiklik edilib. Həndbol Federasiyasından Supersport.Az saytına verilən məlumata görə, uzun fasilədən sonra gərgin mübarizə vəd edən yarış fevralın 16-da start götürəcək.
Belə ki, qurum öncə çempionatın fevralın 17-də keçirilməsini açıqlasa da, qeyri-müəyyən səbəbə görə tarixi dəyişib. Qərara alınıb ki, fevralın 16-da start götürəcək yarış ayın 22-də başa çatdırılsın.
Çempionatın açılış mərasimi isə ilk turun oynanılacağı gün saat 13:30-da olacaq.
Qeyd edək ki, birincilikdə “Azəryol”, “Nur”, “Gənclərbirliyi” və “Qarabağ” qadınların yarışında çempionu müəyyənləşdirəcək. Kişi həndbolçuların turnirində isə “Təhsil”, “Məhsul”, RİOEUGİM-in 2 və 12 saylı məktəbləri güclərini yoxlayacaqlar