Şahin Diniyev naraz qaldı

Şahin Diniyev naraz qaldı
Futbol
12 Fevral 2017 - 20:16
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"a məğlubiyyətin ardından "Kəpəz"in baş məşqçisi Şahin Diniyev açıqlama verib.

Mütəxəssis oyunla bağlı bunları deyib:

"Meydanda bir-birinə güzəştə getmək istəməyən iki rəqib vardı, hamı xal, qələbə qazanmağa çalışırdı. Sadəcə, adi bir epizodda ustalıq oyunun taleyini həll etdi. 90 dəqiqə gərgin mübarizə getdi. Mənə elə gəlir ki, heç-heçə ədalətli nəticə olardı. Bu oyun bizim üçün dönüş nöqtəsi idi. Futbolçular yavaş-yavaş özlərinə gəlir. Nəticədən yox, oyundan razıyam, uşaqlar meydançanın hər qarışı uğrunda vuruşdular. İrəli baxmaq lazımdır, komandanın oyunu var və nəticə də gələcək. Evdə daha çox oyun keçirəcəyik. Odur ki, səfərdə itirdiyimiz xalları yığmaq imkanımız olacaq. Komanda çətin psixoloji durumdan çıxa bildi. Rəqibi də qələbəyə görə təbrik edirəm".

Digər xəbərlər