Yanvar ayının yekununda 16 güləşçimiz ilk onluqda yer alıb

Yanvar ayının yekununda 16 güləşçimiz ilk onluqda yer alıb
Digər, Güləş
10 Fevral 2017 - 12:53
Dünya Güləş Birliyi 2017-ci ilin yanvar ayında keçirilən yarışların nəticəsinə əsasən, güləş üzrə yeni reytinq siyahısını açıqlayıb. 

Supersport.Az xəbər verir ki, yanvar ayında komandalarımız heç bir rəsmi yarışda iştirak etmədiyindən reytinq sıralamasında elə də ciddi dəyişiklik müşahidə edilməyib. İlk onluqda ümumilikdə 16 güləşçimizin adı var.

Sərbəst güləşçilərin siyahısında Hacı Əliyev, Əhmədnəbi Qvarzatilov, Toğrul Əsgərov, Cəbrayıl Həsənov və idmançı karyerasını bitirən Xetaq Qazyumovun adı ilk onluğa daxil edilib. Qadın güləşçilərdən Mariya Stadnik, Nataliya Sinişin, Yuliya Ratkeviç onluqda yer alıb. Yunan-Roma güləşçilərinin onluğunda isə Rövşən Bayramov, Rəsul Çunayev, Həsən Əliyev, Elvin Mürsəliyev, Rafiq Hüseynov, İslam Abbasov və Sabah Şəriətinin adlarını görmək mümkündür.








57 kq 
3. Hacı Əliyev - Olimpiya Oyunları 3-cü yer (3)
13. Georgi Edişeraşvili - Qızıl Qran Pri 1-ci yer (13)

61 kq 
4. Əhmədnəbi Qvarzatilov - Dünya çempionatı 3-cü yer (3)

65 kq 
2. Toğrul Əsgərov - Olimpiya Oyunları 2-ci yer (2)
15. Məhəmməd Müslümov - Əli Əliyev turniri 1-ci yer (14)

70 kq 
16. Gitinomaqomed Hacıyev - Qızıl Qran Pri 2-ci yer (14)
17. Hacımurad Ömərov - U-23 Avropa çempionatı 2-ci yer (15)

74 kq 
3. Cəbrayıl Həsənov - Olimpiya Oyunları 3-cü yer (4)

86 kq 
3. Şərif Şərifov - Olimpiya Oyunları 3-cü yer (3)
15. Nurməhəmməd Hacıyev - Almaniya Qran Pri turniri 1-ci yer (11)
17. Aleksandr Qostiyev - Avropa çempionatı 2-ci yer (14)

97 kq 
2. Xetaq Qazyumov - Olimpiya Oyunları 2-ci yer (2) (karyerasını bitirib)

125 kq
16. Cəmaləddin Məhəmmədov - Almaniya Qran Pri turniri 1-ci yer (10)
48 kq
2. Mariya Stadnik - Olimpiya Oyunları 2-ci yer (2)

53 kq 
4. Nataliya Sinişin - Olimpiya Oyunları 3-cü yer (4)
18. Anjela Doroqan - Qızıl Qran Pri 3-cü yer (18)

55 kq 
20. Alyona Kolesnik - Qızıl Qran Pri 3-cü yer (18)

58 kq
7. Yuliya Ratkeviç - Olimpiya Oyunları 5-ci yer (6)

60 kq 
12. Tatyana Omelçenko - U-23 AÇ 1-ci yer (11)

69 kq 
12. Elis Manolova - Yarıgin Qran Pri turniri 3-cü yer (14)
59 kq
6. Rövşən Bayramov - Olimpiya Oyunları 5-ci yer (6)

66 kq
3. Rəsul Çunayev - Olimpiya Oyunları 3-cü yer (3)

71 kq
3. Həsən Əliyev - Dünya çempionatı 3-cü yer (3)

75 kq
7. Elvin Mürsəliyev - Qızıl Qran Pri 2-ci yer (8)

80 kq 
7. Rafiq Hüseynov - Qızıl Qran Pri 1-ci yer (7)

85 kq
8. İslam Abbasov - Qızıl Qran Pri 1-ci yer (8)

130 kq
4. Sabah Şəriəti - Olimpiya Oyunları 3-cü yer (4)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Digər xəbərlər