Azərbaycan Həndbol Federasiyası loqotipini yeniləyib

Azərbaycan Həndbol Federasiyası loqotipini yeniləyib
Digər, Həndbol
08 Fevral 2017 - 15:37
Azərbaycan Həndbol Federasiyası (AHF) loqotipini yeniləyib

Supersport.Az xəbər verir ki, federasiyanın loqotipi bundan sonra ay və ulduz əks olunan formada deyil, alov şəklində olacaq. Üzərində həndbolçu silueti olan top federasiyanın həndbol idmanına aid olmağını vurğulayır. Topu bürüyən alov loqotipi daha əzəmətli göstərir. Yeni loqotipdə Azərbaycanın dövlət bayrağının rənglərinin əks olunması milli dəyərlərə bağlılığın simvoludur.

Loqotipin təqdimatı federasiyanın yaxın günlərdə köçəcəyi “SDN” Biznes Mərkəzində planlaşdırılır.

Digər xəbərlər