Rəsul Çunayev: "Onu bilirəm ki...."

Rəsul Çunayev: "Onu bilirəm ki...."
Digər, Eksklüziv, Güləş
08 Fevral 2017 - 15:12
Mayın 12-22-də Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz səfirlərinin adları açıqlanıb.

Bakı 2017 İslam Həmrəyliyi Oyunlarında yerli idmançı səfirlər siyahısına güləş üzrə yığma komandamızın üzvlərindən Rəsul Çunayev (yunan-Roma güləşi) və Hacı Əliyev (sərbəst güləş) daxil edilib. Bundan başqa Rüstəm Orucov, Elmar Qasımov (hər ikisi cüdo), İlahə Qasımova, Rafael Ağayev (hər ikisi karate), Hacı Əliyev (sərbəst güləş), İlham Zəkiyev (paracüdo), Radik İsayev, Fəridə Əzizova (hər ikisi taekvondo), Kamran Şahsuvarlı (boks), Ruslan Abışov (futbol), Leyla Cavadova, Aynur Rzayeva (hər ikisi boks) və Nazim Babayev (atlet) də idmançı səfir seçiliblər.

 Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının səfiri seçilən Rəsul Çunayev Supersport.Az-ın məlumatına görə, fikirlərini bölüşüb:

"Mən çox şadam ki, belə böyük bir yarışın səfiri seçilmişəm. İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəyimi hələ ki, dəqiq bilmirəm. Seçim turniri olacaq. Çalışacağam ki, heyətə düşüm və medal qazanaraq xalqımızı sevindirim. Səfir kimi isə əlimdən gələnin ən yüksək səviyyədə edəcəyəm. Neçə medal qazanacağımızı proqnoz edə bilmərəm. Amma onu bilirəm ki, çalışacağıq yaxşı nəticə qazanaq".

Süleyman

Digər xəbərlər