Taekvondoçularımız ilk gündə 9 medal qazandılar

Taekvondoçularımız ilk gündə 9 medal qazandılar
Digər, Taekvondo
07 Fevral 2017 - 15:27
Türkiyənin Antalya şəhərində Klublararası Avropa Çempionatına start veilib. Türkiyə Taekvondo Federasiyası (TTF) və Avropa Taekvondo Birliyi (ATB) tərəfindən təşkil edilən və sayca 5-ci olan G1 kateqoriyalı yarışda milli komandalarımız da gemiş heyətlə təmsil olunur. Supersport.Az xəbər verir ki, artıq yarışın ilk günü idmançılarımız 9 medal qazanaraq uğura imza atıblar.

Belə ki, Gilan T.K-nu təmsil edən taekvondoçulardan 47 kq çəki dərəcəsində mübarizəyə qatılan Aylin Eynullayeva, İlahə Guluzadə (-59 kq) və Vüsal Balaqadaşov (-61 kq) rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


Riyad Şirəliyev (-37 kq, Qafqaz T.K) və İlkin Fərzəlizadə (-57 kq, Gilan T.K.) isə yarımfinal mərhələsinə kimi məğlubiyyət bilməsələr də finala vəsiqə uğrunda mübarizədən məğlub ayrılıblar.
Qitə Çempionatına qatılan digər taekvondoçulardan Nihad Əlizadə (-33 kq, Gilan T.K.), Ofeliya Allahverdiyeva (41 kq, Gilan T.K.), İlkin Dünyamalıyev (-45 kq, 2 saylı Gömrükçü İ.K.), və Elsevər İsmayılzadə (+65 kq, Gilan T.K.) yarışı yarımfinal mərhələsində başa vuraraq bürünc medalla kifayətlənməli olub.

Xatırladaq ki, Klublararası Avropa Çempionatı daha iki gün davam edəcək

Digər xəbərlər