Kikboksinq çempionatında DİN İdman Cəmiyyəti fərqləndi

Kikboksinq çempionatında DİN İdman Cəmiyyəti fərqləndi
Kikboks, Digər
06 Fevral 2017 - 08:44
Fevralın 3-5-də Azərbaycan Kikboksinq Federasiyası XXIII Azərbaycan çempionatını keçirib.


Bakı İdman Sarayında kikboksinq üzrə Azərbaycan çempionatı "Narkomaniya və uşaq cinayətkarlığına qarşı" adı altında keçirilib.

Kikboksinq federasiyasının mətbuat xidmətindən Supersport.Az-a verilən məlumata görə, çempionatda  ilk dəfə olaraq xanımlar da iştirak edib. Bu mötəbər yarışlarda ölkəmizin bütün regionlarından olan klubların 300-dən çox idmançısı mübarizə aparıb. Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin komandası birinci olub.

Bu cəmiyyətin yetirməsi Anar Məmmədov 7-ci dəfə Azerbaycan cempionu olub. Anar həm də WAKO versiyasinda gənclərin dunya cempionudur.

Çempionatın keçirilməsində məqsəd 2017-ci ildə dünya, Avropa çempionatı və beynəlxalq turnirlərdə iştirak edəcək milli komandanın tərkibini müəyyənləşdirmək idi.


Yarışın qalibləri bu idmançılardır:




Gənclər


51 kq - Ayxan Məmmədov ("Qızıl Əlcək" İK)


54 kq - Tərlan Məmmədli ("Sənan" İK)


57 kq - Kənan Qasımlı ("Naxçıvan" İK)


60 kq  - Nicat Məhərrəmov ("Qızıl Əlcək")


63,5 kq  - Elşən Qəniyev (DİN)


67 kq - Ruslan Musayev (DİN)


71 kq - Rəhim Əliyev ("Qızıl Əlcək")


75 kq - Yunis Hümbətov ("Orion İK")


81 kq - Ülvü Novruzov ("Sindi" İK)


86 kq - İbrahim Talıbov ("Orion" İK)


91+kq - Ramiz Nadirov ("Cənub" İK)



Kişilər


51 kq - Anar Məmmədov (DİN)


54 kq - Elçin Bayramov ("Qızıl Əlcək")


57 kq - Rolan Quliyev ("Neftçi" İK)


60 kq  - Zöhrab Əzimov (DİN)


63,5 kq - Elşən Qəniyev (DİN)


67 kq - Ruslan Musayev (DİN)


71 kq - Rəhim Əliyev ("Qızıl Əlcək" İK)


75 kq - Əlişan Aslanlı ("Qarabağ" İK)


81 kq - Ehtiram Rzayev ("Orion" İK)


86 kq - Orxan Məlikov ("Naxçıvan" İK)


91 kq - Kamil Şərifov (DİN-Royal İK)


91+kq - Ağalar Sadıxzadə ("Naxçıvan" İK)


Süleyman


Digər xəbərlər