34-cü Avropa Çempionatı Bakıda keçiriləcək

34-cü Avropa Çempionatı Bakıda keçiriləcək
Digər, Gimnastika
04 Fevral 2017 - 13:32
Bu həftəsonu Avropa Gimnastika İttifaqının Lozannadakı baş qərargahında həmin qurumun İcraiyyə Komitəsinin iclası baş tutmuşdur.

Supersport.Az xəbər verir ki, görüşdə Azərbaycan Gimnastika Federasiyasının 2020-ci ildə idman gimnastikası üzrə Avropa Çempionatının ölkəmizdə keçirilməsi ilə bağlı irəli sürdüyü namizədliyə baxılmış və müzakirələrdən sonra Kişi İdman Gimnastikası üzrə  34-cü Avropa Çempionatının 2020-ci ilin 6-10 may tarixlərində paytaxtımızda keçirilməsi qərara alınmışdır. Qadın İdman Gimnastikası üzrə 33-cü Avropa Çempionatının təşkili isə Parisə (Fransa) həvalə olunmuşdur.

Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyasının 2017-2020-ci il Olimpiya dövrü üzrə yeni qaydalarına əsasən Avropa Çempionatlarında da Tokio-2020-yə lisenziya oynanılır.

Bundan əlavə, Azərbaycan Gimnastika Federasiyası növbəti Olimpiadaya qədər gimnastikanın 3 növü üzrə (idman gimnastikası, batut gimnastikası, bədii gimnastika) məhz lisenziya xarakteri daşıyan Dünya Kuboku mərhələləri, həmçinin bədii gimnastika üzrə Dünya Çempionatı təşkil edəcək.

Digər xəbərlər