Qadınlardan ibarət milli komandamızda yeni məşqçilər

Qadınlardan ibarət milli komandamızda yeni məşqçilər
Digər, Cüdo
02 Fevral 2017 - 17:04
Cüdo üzrə Azərbaycanın qadınlardan ibarət milli komandasının məşqçilər heyətində dəyişiklik gerçəkləşib. Supersport.Az xəbər verir ki, komandanın əvvəlki baş məşqçisi İbadulla Şabanovu Elçin İsmayılov əvəz edib. Şumşat Bəhramov isə yığma komandanın köməkçi məşqçi vəzifəsini icra edəcək. Hər iki məşqçi qadınlardan ibarət milli komandamızın üzvlərinə təqdim olunub.

Digər xəbərlər