"Sumqayıt” və “Neftçi” son transferlərin PFL-ə bildirdi

"Sumqayıt” və “Neftçi” son transferlərin PFL-ə bildirdi
Futbol
02 Fevral 2017 - 13:59


“Neftçi” və “Sumqayıt” son transferlərini sifariş edib. Supersport.Az-ın məlumatına görə, bakılılar hücumçu Uqo Barqasın, “gənclik şəhəri” təmsilçisi isə Ehtiram Şahverdiyevin adını PFL-ə təqdim edib.

Bu isə o deməkdi ki, fransalı forvard növbəti turda “Neftçi”nin “Qəbələ” ilə, gənc yarımmüdafiəçi isə “Sumqayıt”ın “İnter”lə oyununda məşqçilər korpusunun ixtiyarında olacaq.

 

Barqas yeni komandasında 9, Şahverdiyev isə 77 nömrəli formanı geyinəcək. “Qəbələ” – “Neftçi” görüşü sabah, “Sumqayıt” – “İnter” qarşılaşması isə fevralın 4-də keçiriləcək.


Digər xəbərlər