İrina Zaretska Parisdə ikinci oldu

İrina Zaretska Parisdə ikinci oldu
Karate, Digər
30 Yanvar 2017 - 11:49
Milli komandanın favoritlərindən İrina Zaretska (-68 kq) Fransanın paytaxtı Parisdə Karate 1 Premyer Liqasının gümüş medalını qazanıb. Niyazi Əliyev (-67 kq) isə bürünc medal uğrunda son təsəlliverici görüşdə qələbəni əldən verib.
Supersport.Az-ın məlumatına görə, Maliyyə çətinliyi səbəbindən Dünya Karate Federeasiyasının (WKF) nüfuzlu turnirlər seriyasından olan Karate 1 Premyer Liqasında milli komandanın yalnız bir neçə üzvü iştirak edib. Onlardan Roman Heydərov (kata) səhhətində yaranan problemlə əlaqədar, Sərxan Quluzadə (+84 kq) isə zədə üzündən mübarizəni davam etdirə bilməyiblər.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti və WKF-in Texniki komitəsinin üzvü Yaşar Bəşirovun rəhbərliyi ilə Fransaya yollannan heyətdə beynəlxalq hakimlər Yusif Məmmədov və Anar Allahverdiyev turniri idarə edən hakimlər arasında olublar.

Digər xəbərlər