Elnur Amanov: "Ən böyük hədəfimiz İslam Həmrəylik Oyunlarında xalqımızı sevindirməkdir"

Elnur Amanov: "Ən böyük hədəfimiz İslam Həmrəylik Oyunlarında xalqımızı sevindirməkdir"
İslamiada-2017, Digər, Eksklüziv, Taekvondo
27 Yanvar 2017 - 21:01
Taekvondo üzrə xanımlardan ibarət milli komandanın yeni baş məşqçisi Elnur Amanov Supersport.Az saytına eksklüziv açıqlamada belə deyib. 

- İlk olaraq sizi xanımlardan ibarət milli komandanın baş məşqçisi olmağınıza görə təbrik edirik. Bu qərar sizin üçün gözlənilməz olmadı ki?

- Açığı deyim ki, belə bir qərarı gözləmirdim. 

- Federasiya rəhbərliyi sizin qarşınıza nə kimi məqsədlər qoyub?

- Bu vəzifəyə yeni təyin olunmuşam. Bizi qarşıda mötəbər yarışlar gözləyir. Bütün gücümlə komandanı hazırlayıram. Əlimdən gələni edəcəyəm ki, uğurlu nəticələr qazanaq.

- İdmançıların hazırlığından nə dərəcədə razısınız?

Azərbaycan çempionatından sonra komandaya yeni idmançılar dəvət etmişik. Məşqlərimiz hazırda gündə iki dəfə olmaqla davam edir. Türkiyədə iki turnirdə iştirak edəcəyik. Yeni idmançıları həmin turnirlərdə sınayacağıq. Ən böyük hədəfimiz İslam Həmrəylik Oyunlarında yüksək nəticə qazanıb, xalqımızı sevindirməkdir.

Süleyman

Digər xəbərlər