"Zirə" "Sumqayıt"ı məğlub etdi
Futbol
23 Yanvar 2017 - 19:50
"Sumqayıt” əsas komandası ilə yanaşı əvəzediciləri də çempionatın 3-cü dövrəsi üçün təlim-məşq toplanışını başa vurub.
Supersport.Az xəbər verir ki, "kimyaçılar" hazırlıq prosesi çərçivəsində son yoxlama oyununu keçirib. "Sumqayıt"ın əvəzediciləri "Kapital Bank Arena"da "Zirə"nin əvəzediciləri ilə qarşılaşıb. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, bundan öncə "Sumqayıt", "Şahdağ" və "İnter"in əvəzediciləri ilə yoxlama oyunu keçirmişdi və hər iki oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşmışdı.
Qeyd edək ki, "Sumqayıt" FK-ın əvəzediciləri 2 günlük isirahətin ardından sabahdan etibarən "Qəbələ" ilə oyunun hazırlığına başlayacaq.