Dünyanın bir nömrəli tennisçisi "futbol məşqçisi olacağam" dedi

Dünyanın bir nömrəli tennisçisi "futbol məşqçisi olacağam" dedi
Tennis, Digər
10 Yanvar 2017 - 23:01
Supersport.Az-ın məlumatına görə, dünyanın bir nömrəli tennisçisi futbola böyük marağı olduğunu, karyerasını başa vurduqdan sonra bu idman növündə məşqçi olmaq istədiyini bildirib.

"Tennisdə qalsam yeni idmançılar hazırlayaram. Onu da bildirim ki, futbola böyük maraq göstərirəm və çox sayda oyunlar izləyirəm. Tennisdən ayrıldıqdan sonra futbol məşqçisi olmaq fikrindəyəm. İlk olaraq ailəmə vaxt ayıracağam və uşaqlarımın böyüməsini gözləyirəm" - deyə, 29 yaşlı ingilis raketka ustası Endi Marrey belə deyib.

İngiltərə kraliçası II. Yelizaveta tərəfindən "Ser" adı verilən Marrey, ötən il Rio Olimpiadasının, "Uimbldon" turnirinin qalibi olub və serb Novak Cokoviçi dünya reytinqinin birinci pilləsindən düşürüb.

Digər xəbərlər