"Təcrübə azlığı öz sözünü dedi" - Zoran Qayiç

"Təcrübə azlığı öz sözünü dedi" - Zoran Qayiç
Digər, Eksklüziv, Voleybol
10 Yanvar 2017 - 21:39









Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasında II turun matçlarına start verilib.

Bakının "Telekom" klubu bu turda doğma meydanda Polşanın "Ximik" klubunu qəbul edib.


Zoran Qayiçin komandası 0:3 hesablı məğlubiyyətə üzülüb.


Oyundan sona Supersport.Az-a açıqlama verən serbiyalı mütəxəssis bunları deyib:


"Oyun təcrübəsi azdır. Rəqib isə yanvar ayında artıq bir neçə oyun keçirib. Bizim çempionatda isə hələ ki, fasilədir. Təcrübə azlığı bu gün öz sözünü dedi. Bizim əsas yaralı yerimiz az oyun keçirməyimizdir".










Digər xəbərlər