“Rolan Qarros -2008”in çempionu və dünyanın keçmiş ilk raketçisi, serb Ana İvanoviç 29 yaşında karyerasını bitirdiyini bəyan edib. Supersport.Az xəbər verir ki, o, bu barədə “fecebook” hesabında yazıb. “Mən professional tennisdən getmək qərarına gəldim.Bu, çox asan qərar deyil. Lakin fəaliyyətim dövründə hətta, arzulaya bilməyəcəyim uğurları əldə etmişəm”, – deyə A. İvanoviç bildirib.