Azərbaycan voleybolçuları Lüksemburqda yoxlama oyununda qüvvələrini sınayıblar

Azərbaycan voleybolçuları Lüksemburqda yoxlama oyununda qüvvələrini sınayıblar
Digər, Voleybol
29 Dekabr 2016 - 11:19
Yeni ilə həsr olunmuş beynəlxalq turnirdə iştirak etmək üçün Lüksemburqda olan kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirib.

Azərbaycan Voleybol Federasiyasından Supersport.Az-a bildiriblər ki, Azərbaycan millisi Lüksemburq yığması ilə üz-üzə gəlib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Baş məşqçi Fərid Cəlilovun rəhbərlik etdiyi komanda beynəlxalq turnir çərçivəsində dekabrın 30-da İslandiya, bir gün sonra Lüksemburq, yanvarın 1-də isə Almaniya millisi ilə qarşılaşacaq.

Digər xəbərlər