Əmrah Çəlikəl: "Bu gün transfer haqda düşünmürük"

Əmrah Çəlikəl: "Bu gün transfer haqda düşünmürük"
Futbol
09 Dekabr 2016 - 00:45
Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində “Fiorentina”ya məğlubiyyətdən sonra "Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəl jurnalistlərin suallarını cavablandırıb.

Supersport.Az xəbər verir ki, Çəlikəl öncə oyunla bağlı fikirlərini bildirib:

- Maraqlı oyun oldu. Qələbəni hamımız çox istəyərdik. Hava şəraitinə baxmayaraq, oyunu çox böyük dəstəklə keçirdik. Möhtəşəm ab-hava vardı. Bizim vurduğumuz qoldan sonra hər nə qədər ümidlənsək də, nəticə ürəyimizcə olmadı.

- Düşünmürsünüz ki, buna səbəb heyətin yetərsizliyidi?

- İki oyunçumuz cəzalı idi. Lakin bu gün futbolçu baxımından problem olmadı. İstədiyimiz transferləri həyata keçirmişik.

- “Fiorentina”ya qarşı Mahir Mədətovun meydana buraxılması nə dərəcədə doğrudu?

- Məncə, bu, Mahir üçün də, Azərbaycan üçün də böyük bir şansdır ki, belə bir təcrübə qazanır.

- Ölkə çempionatında legioner limiti olmasaydı, əlavə əcnəbi futbolçular transfer etmək barədə düşünərdiniz?

- Bu gün transfer haqda düşünmürük. Hamımız çox məyusuq.

- İkinci dəfədir ki, komanda son anda büdrəyir. Sizcə, həlledici amil nədir?

- Təcrübə çatışmazlığı da var, şanssızlıq da oldu. “Slovan”a 0:3 hesabı ilə uduzmaq bizim işimizi çətinə saldı.

- Sona iki tur qalmışadək hər şey bizim lehimizə idi. Bəlkə arxayınlıq oldu?

- Arxayınlıq deməzdim. Çünki komandadakı ab-hava buna imkan vermir. Baş məşqçimiz oyunçuları çox yaxşı hazırlayır. Sadəcə, təcrübə çatmadı.

- “Qarabağ”ın hər iki oyunda məğlub etdiyi PAOK növbəti mərhələyə adladı. Bu ədalətsizlikdir?

- Yox, ədalətsizlik deyil. Deməli, belə olmalı imiş. PAOK da gedib “Fiorentina”nı uddu. Həmin oyunda nəticə fərqli olsaydı və burada bərabərlik qeydə alınsaydı, biz çıxacaqdıq.

Digər xəbərlər