"Portu" İngiltərə çempionunu darmadağın etdi, "Real Madrid" almanlarla bacarmadı

"Portu" İngiltərə çempionunu darmadağın etdi, "Real Madrid" almanlarla bacarmadı
Futbol
08 Dekabr 2016 - 01:37
Bu gün Çemponlar Liqasında qrup mərhələsi başa çatıb.

Supersport.Az xəbər verir ki, keçirilən 8 oyundan sonra 1/8 finalın bütün iştirakçıları müəyyənləşib.

Günün mərkəzi oyunu Madriddə "Real"la  Dortmund "Borussiya" arasında keçirilib. "F" qrupunun qalibini adına məhz bu oyun aydınlıq gətirəcəkdi. İki xal daha çox toplayan almanları qarşıdakı matçda heç-heçə də qane edirdi.

İspan klubu hesabda 2:0 irəli çıxsa da, üstünlüyü qoruya bilməyib.

"F" qrupundan fərqli olaraq, E qrupunda ilk 2 pillənin sahibi artıq məlum idi. Burada baş tutacaq "Tottenhem" - SSKA oyununda isə hansı komandanın Avroliqaya yollanacağı müəyyənləşəcəkdi.

Növbəti mərhələyə vəsiqəni təmin etmiş "Lester" "Portu" səfərinə yollanıb. Portuqaliya təmsilçisi bu matçda qələbə qazanacağı halda, adını 1/8 finala yazdıracaqdı. "Portu" rəqibini 5:0 hesabı ilə darmadağın edib.

H qrupunun ikincisinin adına isə "Lion" - "Sevilya" oyunundan sonra aydınlıq gəlib.

Çempionlar Liqası

VI TUR

7 dekabr

E qrupu

23:45. “Bayer” (Leverkuzen, Almaniya) - “Monako” (Fransa) 3-0

23:45. “Tottenhem” (İngiltərə) - SSKA (Rusiya) 3-1





















































NKlublarOQHMT-FX
1Monako63219-711
2Bayer62408-410
3Tottenhem62136-67
4SSKA60335-113

F qrupu

23:45. “Real” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya) 2-2

23:45. “Legiya” (Polşa) - “Sportinq” (Portuqaliya) 1-0






















































NKlublarOQHMT-FX
1Borussiya642021-914
2Real633016-1012
3Legiya61149-244
4Sportinq61055-83

G qrupu

23:45. “Porto” (Portuqaliya) - “Lester” (İngiltərə) 5-0

23:45. “Brügge” (Belçika) -  “Kopenhagen” (Danimarka) 0-2





















































NKlublarOQHMT-FX
1Lester64117-613
2Porto63219-311
3Kopanhagen 62317-29
4Brügge60062-140

H qrupu

23:45. “Yuventus” (İtaliya) - “Dinamo” (Zaqreb, Xoravtiya) 2-0

23:45. “Lion” (Fransa) - “Sevilya” (İspanya) 0-0





















































NKlublarOQHMT-FX
1Yuventus642011-214
2Sevilya63217-311
3Lion62225-38
4Dinamo Z60060-150

Digər xəbərlər